heyvanlar aləmi

Azərbaycan Respublikasının bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, quruda, suda, torpaqda və havada təbii olaraq sərbəst, yarısərbəst və qeyri-sərbəst şəraitdə daimi, müvəqqəti və köçəri yaşayan vəhşi heyvan növlərinin kəmiyyət və keyfiyyət məcmusu

heyvan cinsləri
heyvanlar aləmindən istifadə
OBASTAN VİKİ
Heyvanlar
Heyvanlar (lat. Animalia və ya lat. Metazoa) — orqanizmlər toplusu, bioloji məkan, zoologiya elminin tədqiq obyekti. Ənənəvi olaraq heyvanlar hazır üzvi birləşləmələrlə qidalalanlar və daima hərəkət edənlər olaraq iki qrupa ayrılır. Heyvanlar həm də xarici və daxili quruluşuna, çoxalma və inkişafına, davranışına görə müxtəlifdir. Bu müxtəlifliyi aydın təsəvvür etmək üçün fili, tısbağanı, köpəkbalığı və ağcaqanadı müqayisə etmək kifayətdir. Heyvanlar hər yerdə – Yer üzərində, torpaqda, suda, havada yaşamağa uyğunlaşmışdır. Bir çox heyvanlar bitkilərdə, digər heyvan orqanizmlərində, hətta insan orqanizmində yaşayır. Bütün heyvanlar yaşadıqları mühit şəraitinə uyğunlaşmışdır. Hava həyat tərzi (uçmaq həyatı) ilə əlaqədar quşlarda, yarasalarda, cücülərdə qanadlar inkişaf etmişdir, su həyatı ilə əlaqədar olaraq sürüşkən bədən forması, üzgəclər (balıqlarda) və ya kürəkşəkilli ətraf (balinada, suitidə) inkişaf etmişdir.
Bərzəx aləmi
Bərzəx aləmi (ərəb. برزخ,‎) - İslam inancına görə insanların öldükdən sonra qaldığı müvəqqəti yer. İslama görə insanlar öldükdən sonra bir başa cənnət və ya cəhənnəmə yox, Bərzəx aləminə gedirlər. Qiyamət günündən sonra insanların əməllərinə görə hara getdiyi müəyyənləşir. Bərzəx sözünün əsl mənası iki şey arasında yerləşən deməkdir. Elə ona görə də o aləm ki, dünya və axirət aləmi arasında yerləşir - Bərzəx adlanır. Bəzən bu aləmi qəbir aləmi, bəzən də ruh aləmi kimi adlandırırlar.
Sianobiontlar aləmi
Sianobiontlar aləmi və Cyanobionta — bu qrupa aid olan orqanizmlər əvvəllər "göy-yaşıl yosunlar" adlanırdı. Ancaq canlı orqanizmlərin ümumi iyerarxiyasında sianobiontlar (hüceyrənin nüvəsi yoxdur, buna görə də onlar prokariotlara — nüvəsizlərə daxil edilir) yosunlara nisbətən aşağı və mikroblara nisbətən (daha mürəkkəb struktur və fotosintez zamanı molekulyar oksigeni ayırma qabiliyyəti və rəngi şərtləndirən piqmentlərin olması) yüksək pillədə durur. Bu orqanizmlərin xüsusiləşmiş nüvəsi olmayan nisbətən sabit hüceyrə forması olur. Sianobiontlar aləmi arasında həm tək, həm də kolonial formalar rast gəlirlər. Sonuncular adətən ümumi selikli qişa ilə örtülmüş olur. Selikdə, habelə orqanizmin özündə və ya onun səthində karbonatların toplanması baş verə bilər ki, bu da qalın əhəndaşı qatlarının (stromatolitlər və b.) əmələ gəlməsinə səbəb olur. Bir neçə piqmentin (xlorofil, fikosian, fikoeritrin və karotin) olması göy-yaşıl və ya çəhrayı, sarı və ya tamamilə qara rəngi müəyyən edir. Sianobiontlar aləmi Yer tarixində sərbəst oksigen ayıran ilk orqanizmlərdir. Hazırda sianobiontlar aləmi şirinsulu və dəniz hövzələrində məskunlaşır, duzluluğun kəskin dəyişməsinə dözə bilirlər; çoxları quruda (torpağın içində və səthində, daşların üzərində, takırlarda, səhralarda və b.) yaşamağa uyğunlaşmışdır. Dənizlərdə, fotosintezlə əlaqədar olaraq, sianobiontlar aləmi əsasən dayazsulu sahələrdə yayılmışdır.
Avstraliya aləmi
Avstraliya aləmi — biocoğrafiyada floristik rayonlaşdırma vahidi. Avstraliya qitəsini və ona yaxın adaları əhatə edir. Avstraliya aləminə üç region daxildir: Şimal-Şərqi Avstraliya, Cənub-Qərbi Avstraliya, Mərkəzi Avstraliya (Eremey).
Birhüceyrəli heyvanlar
İbtidailər və ya birhüceyrəlilər (q.yun. πρώτιστος "ən birinci, ilkin" və ya ən sadə) — nüvəlilərin heyvanlara aid olan heterogen qrupu. Birhüceyrəli heyvanların va ya ibtidailərin bədəni bir hüceyrədən ibarətdir. Bu heyvanlar bütün həyat proseslərinə – qidalanma, ifrazat, tənəffüs, qıcıqlanma, çoxalma, hərəkət, mühitə uyğunlaşma və s. malikdir, qeyri-cinsiyyətli və cinsiyyətli yolla çoxalırlar. Əksəriyyətı sista əmələ gətirir. Birhüceyrəlilər şirin sularda dəniz və okeanlarda, rütubətli torpaqda, insan və heyvan orqanizmində yaşayır. Qidalanma tərzinə görə ibtidailərin böyük əksəriyyəti heterotrofdur. Onlar əsasən torpaqda yaşayan mikroorqanizmlərlə (bakteriyalar, yosunlar, göbələklərin sporları) qidalanır. Onlar arasında bitki qalıqlarının həll olmuş üzvi maddələri ilə qidalanan saprofitlər də (qamçılılar) vardır.
Heyvanlar tarixi
Heyvanlar tarixi (Aristotel)
Onurğalı heyvanlar
Onurğalılar (lat. Vertebrata) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan yarımtipi. Onurğalılar növlərinə görə onurğasızlardan xeyli azdır (45000 növ), lakin müasir biosferin həyatındakı roluna, adətən biosenozlarda qidalanma zəncirini tamamladığına görə onlardan üstündür. Kələlilərə dəyirmiağızlılar, qığırdaqlı balıqlar, sümüklü balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər daxildir. Onurğalı heyvanlar torpaqəmələgəlmə prosesində fəal iştirak edirlər. Bunlar arasında gəmiricilərin xüsusi çəkisi daha böyükdür. Bütün gəmiricilər torpaq qatında yuvalar qazır. Bu zaman səthə külli miqdarda qarışdırılmış torpaq atılır. Gəmiricilərdən bəziləri torpaqda "köstəbək yolları" adlanan yollar qazır. Bozqır rayonlarda yer siçanları torpağın aşağı və yuxarı qatlarını o qədər qarışdırır və ya torpağın səthinə o qədər torpaq atırlar ki, səthdə bozqırlar üçün səciyyəvi olan mikrorelyef yaranır.
Oturaq heyvanlar
Oturaq heyvanlar - Oturaq tip ərazi bölüşdürülməsi ərazinin resurslarından populyasiya səviyyəsində nisbətən səmərəli istifadəyə səbəb olur: ərazidə ayrı-ayrı fərdlər nisbətən bərabər paylanır: hər bir məskunlaşma sahəsi həyat üçün hər bir şərait ilə təmin olunmuşdur. Bunun nəticəsində yem, sığınacaq və digər resurslar uğrunda rəqabət minimuma enmiş, hər fərdin yaşamaq və təzələnməyə şansı vardır, populyasiya isə bütövlükdə inkişaf və ərazi zəbt etməyə geniş perspektiv qazanır. Məhdud əraziyə bağlılıq fərdlərə bir sıra bioloji üstünlük qazandırır, bu baxımdan, heyvanların öz əraziləri ilə mənimsənilmə dərəcəsi ilə tanışlığı da böyük əhəmiyyət kəsb edir. Məskunlaşma sahəsi daxilində heyvanlar tanış oriyentir (səmt) sistemində sərbəst yerini dəyişir, yem axtarmaq üçün az vaxt sərf edir. Bir çox növlər sahədə sığınacağa, yem sahəsinə, yem ehtiyatı və s. yerə gedən əlaqələndirici cığırlar salır. Heyvanların gündəlik aktiv hərəkətləri sanki avtomatik surətdə həyata keçirilir: rezident – fərd qısa yolla yem, istirahət, yırtıcıdan və ya pis havadan gizlənmək yerinə əlavə vaxt və enerji sərf etmədən catır. Lakin oturaq həyat keçirdikdə populyasiyanın sıxlığı hədsiz çox olduqda resurslar gücdən düşür. == Heyvan populyasiyalarının etoloji strukturu == Oturaq heyvanların ərazi differensasiyası tək (ailəvi) həyat tərzi ilə bağlıdır. Bunun əksinə, həyat tərzi tipi qrupla olub, fərdlər daima və ya dövri olaraq sıx sürü və ya dəstə əmələ gətirir.
Poykiloterm heyvanlar
Poykiloterm heyvanlar — bədən temperaturu mühitin temperaturundan asılı olan heyvanlar. Orqanizmdə baş verən maddələr mübadiləsi bədən temperaturunu sabit saxlaya bilmir. Onurğasız heyvanların hamısı, quşlar və məməli heyvanlardan başqa yerdə qalan bütün onurğalılar.
Vəhşi heyvanlar
Vəhşi heyvanlar (lat. Theria) — məməlilər sinfinə aid yarımsinif. Müasir diri bala doğan məməliləri özündə cəmləşdirir. Belə ki, yarımsinfə aid olan nümayəndələr yumurta qoymadan bala doğmaqla çoxalırlar. Plasentalılar və kisəlilər bu yarımsinfi təşkil edirlər. Xarici qulağa və topuğa malikdirlər.
Əhliləşdirilmiş heyvanlar
Əhliləşdirmə və ya domestikasiya — insan tərəfindən yaradılan və nəzarət edilən şəraitdə vəhşi heyvanların əhliləşdirilməsi və yabanı bitkilərin mədəniləşdirilməsi, vəhşi heyvanların ələ öyrədilməsi və bunların ev heyvanlarına çevrilməsi. İnsanlar müxtəlif vəhşi heyvanları bu yolla çoxaldır və əsasən, təsərrüfat ehtiyacını ödəmək üçün ondan istifadə edirlər. Heyvanların əhliləşdirilməsinə 10-15 min il bundan əvvəl başlanılmış, əhliləşdirmə cəmiyyətin məhsuldar qüvvələrinin inkişafında mühüm mərhələ olmuş və nəticədə heyvandarlıq sahəsi yaranmışdır.Bundan 14 min il əvvəl əhliləşdirilməyə başlandığı təxmin olunan itlər ilk əhliləşdirilən heyvan hesab olunur. Amerika alimləri izotop üsulu ilə təyin etmişlər ki, hələ 10 min il əvvəl İranda keçi, Şərqi Avropada isə 8–9 min il əvvəl qaramal, donuz və qoyun əhliləşdirilmişdir. == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528.
Heyvanlar diyarı
Heyvanlar diyarı və ya Zoopolis — 2016-cı ildə "Walt Disney Animation Studios" tərəfindən istehsal olunmuş 3D animasiya filmi. Cizgi filmi Disneyin 55-ci bədii filmidir. Sirr, cinayət, macəra, komediya və ailə janrındadır.Filmin əsas məzmununda: polis olmaq istəyən bir dovşanın xəyallarının arxasınca getməsini və xəyalına çatdıqdan sonra uğradığı xəyal qırıqlığını, amma buna baxmayaraq, işini etmək üçün əlindən gələni etdiyini görürük.Rejissorluğu Byron Howard ve Rich Moore tərəfindən hazırlanan filmin səsləndirməsində Jennifer Gudvin, Cason Batmen, Idris Elba, Ceny Sleyt, Nayt Torens, Bonie Hunt, Don Layk, Tommy Çong, J.K.Simmons, Oktavia Spenser, Alan Tudyk ve Şakira yer almaktadır. == Personajlar == Cizgi filmin personajları və onları səsləndirənlər: Judi Hops — Jennifer Gudvin; Nik Vayld — Cason Batmen; Gazella — Şakira; Idris Elba — Bogo; Oktavia Spenser — Xanım Oterton; Bonie Hunt — Bonie Hops; J.K.Simmons — Mayor Lionhert; Nayt Torens — Klavhaus; Ceny Sleyt — Assistant mayor Bellveter; Alan Tudyk — Duyk Veslton; Tomy Çyong — Yaks; Don Layk — Stu Hops; == Gələcək == === Mümkün davamı === 2016-cı ilin iyununda Howard və Moore "Heyvanlar diyarı" filminin davamı ehtimalı haqqında danışıqlar aparırdılar. === Televiziya === 12 Noyabr 2021-ci ildə Disney serialın 2022-ci ildə buraxılacağını təsdiqlədi və həmçinin filmin daha əvvəl serialda olması təsdiqlənməmiş personajların daxil olduğu ilk görünüş tizer şəklini yayımladı. Serial Trent Correy və Josie Trinidad tərəfindən idarə olunacaq. == Mahnılar == Cizgi filmin mahnıları Miçel Jiaçino tərəfindən bəstələndi. Şakira, Gazelle roluna "Try Everyting" adlı mahnısı da əlavə etdi.
Naxçıvanın heyvanat aləmi
Naxçıvan faunası — Naxçıvan Muxtar Respublikasının heyvanlar aləmi. == Haqqında == Naxçıvan Muxtar Respublikasının ərazisinin kiçik olmasına baxmayaraq özünəməxsus iqlim, relyef və digər fiziki coğrafi xüsusiyyətlərə malik olması burada fauna və floranın formalaşması üçün xüsusi ekoloji şərait yaratmışdır. Onun təbii şəraiti burada müxtəlif növ heyvanların, o cümlədən endemik növlərin əmələ gəlməsinə imkan verir. Naxçıvan Muxtar Respublikasında yaşayan 350 növ onurğalı heyvandan yalnız 45 növü, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən öyrənilərək, adları "Qırmızı kitab"a daxil edilmişdir. 18 növ nadir heyvan, quş və suda-quruda yaşayanların təsnifatı aşağıdakı kimidir; == Qırmızı kitab == Bəbir (Qaplan) (Felis Pardus) — Pişikkimilər fəsiləsindən olan vəhşi yırtıcı heyvan, əsasən Culfa rayonu ərazilərində Araz boyu qayalıqlarda yaşayaraq dovşan, kəklik və dağ keçisi ilə qidalanır. Canavar (Canis lupus) — İtlər fəsiləsindən vəhşi yırtıcı heyvan əsasən Şahbuz, Culfa və Ordubad rayonlarındakı kolluqlarda yaşayır. Qonur ayı (Ursus arctos) — Yırtıcı məməli əyripəncə tüklü heyvan Şahbuz rayonundakı Biçənək meşə-kolluqlarında yaşayır. Meşə (çöl) donuzu (Sus scrofa) — Qaban fəsiləsindən cüt dırnaq məməli heyvan əsasən Şahbuz rayonundakı Biçənək kəndindəki meşə-kolluqlarda yaşayır. Vaşaq (Felis lynx) — Pişikkimilər fəsiləsindən olan məməli heyvandır. Əsasən Şərur, Şahbuz, Ordubad, Culfa rayonlarındakı düzənlik və kolluq ərazilərdə yayılmışlar.
Heyvanlar tarixi (Aristotel)
Heyvanlar tarixi (yun. Τῶν περὶ τὰ ζῷα ἱστοριῶν, Ton peri ta zoia historion, "Heyvanlar haqqında sorğular"; lat. Historia Animalium, "Heyvanlar tarixi") — Afinada Platon Akademiyasında təhsil almış qədim yunan filosofu Aristotelin biologiyaya dair əsas mətnlərindən biri. Eradan əvvəl IV əsrdə yazılmışdır. Aristotel özü eradan əvvəl 322-ci ildə vəfat etmişdir. Ümumi mənzərədə zoologiyanın pioneri hesab edilən əsərdə Aristotel nəyi (heyvanlar haqqında mövcud faktları) araşdırdığını izah etmiş, ardınca niyəni (bu xüsusiyyətlərin səbəblərini) müəyyən etmişdir. Beləliklə, kitabda fəlsəfəni təbii dünyanın bir hissəsinə tətbiq etməyə cəhd edilmişdir. Əsər boyu Aristotel həm fərdlər, həm də qruplar arasında fərqləri müəyyən etməyə çalışmışdır. Bütün üzvlərin eyni fərqləndirici xüsusiyyətlərə malik olduğu müşahidə edilirsə, bu, bir qrupdur. Məsələn, bütün quşların lələkləri, qanadları və dimdiyi var.
Məcnun heyvanlar arasında
Məcnun heyvanlar arasında — I Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Ağa Mirək Mirzə Qiyas tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Leyli və Məcnun" poemasında, Leylinin atasının elçilərə etiraz etməsindən sonra, Məcnun insanlardan uzaqlaşaraq səhrada yaşamağa qərar verir. Vaxt keçdikcə o, vəhşi heyvanlarla dostlaşır, dərdlərini onlarla bölüşür. == Təsvir == Üslub və dəst-xəttinə görə Ağa Mirəkə aid edilən miniatür, zəngin koloriti, mənzərənin göz oxşayan məziyyəti ilə seçilir. Lakin, bu məziyyət süjetin kədərli səciyyəsi ilə bir yerə sığmır. Miniatürün bütün səthi qayalıq dağlara, Yamaclardan kükrəyən qaynaqlara, ala-bula gövdəli tozağacı və sərv ağaclarına, bəyaz çiçək və kollara qərq olmuşdur. Belə lirik səpkidə verilən mənzərə ağac kölgəsində yatan nakam bir eşq mücəssəməsi və onun iztirabları ilə təzad təşkil edir.Miniatürün aşağı hissəsində təsvirin aid olduğu səhnədən beytlər yazılmışdır. == İstinadlar == == Ədəbiyyat == Zamanov, Nadir.
Lənkəran zonasının heyvanat aləmi
Kür-Araz ovalığının heyvanat aləmi
Qanıx-Həftəran vadisinin heyvanat aləmi
Qanıx-Həftəran vadisi - vaxtilə başdan-başa meşə ilə örtülü olmuşdur. == Heyvanat aləmi == Hazırda vadidə meşələrin 80- 90%-nin qınlıb yerində yaşayış məntəqələrinin salınması və ya kənd təsərrüfatında işlədilən kimyəvi maddələr, brokonyerlik və digər səbəblərdən hçyvanat aləminin kəsgin azalmasına gətirib çıxarmışdır. Hazırda burada tirandaza (oxlu kirpi), yarasalar, safsar, çaqqal, canavar, tülkü, süleysin, yunan tısbağası, kərtənkələlər, ilanlar və s. rast gəlinir. 1942-ci ildə Amerikadan gətirib İsmayıllı rayonunda meşəyə bupaxılan çəkisi 7-8 kq olan və olduqca tez çoxalan yırtıcı məməli heyvan - yenot Böyük Qafqazın cənub yamacı rayonlarında yayılaraq kiçik həşəratlardan tutmuş, quşlarla, məməli heyvanlarla və meyvələrlə qidalanır. Turac, qırqovul, bildirçin və s. quşların sayının azalmasında yenotlar əsas yer tutur. Qanıx-Həftəran vadisində olduqca çoxlu quş növləri, vəhşi bal anları, bir çox gecə və gündüz kəpənək növləri geniş yayılmışdır.
"Muğam aləmi" Beynəlxalq Muğam Festivalı
"Muğam aləmi" Beynəlxalq Muğam Festivalı və ya "Muğam Dünyası" Beynəlxalq musiqi festivalı — Azərbaycanda bir neçə ildən bir keçirilən beynəlxalq muğam festivalı. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ilk dəfə 18–25 mart 2009-cu il tarixində Novruz bayramı ərəfəsində Bakıda keçirilmişdir.İlk dəfə 2009-cu ilin martın 20-də Beynəlxalq Muğam Mərkəzində festivalın rəsmi açılışı olmuşdur. Festival çərçivəsində beynəlxalq elmi simpozium, muğam ifaçılarının mübiqəsi və çoxsalyı opera tamaşaları eləcə də konsertlər təşkil olunur. İlk festival 2009-cu il martın 25-də Heydər Əliyev Sarayında təşkil olunmuş qala-konsert ilə bitmişdir. == Festivalın məqsədi == Muğam festivalının əsas məqsədi, müasir dünyada Azərbaycan muğamının tanıdılması, xalqımızın ənənəvi musiqi sənətininin dünya musiqi irsində layiq olduğu yeri tutması. == I — 2009 == === Muğama həsr olunmuş beynəlxalq elmi simpozium === 2009-cu ildə beynəlxalq musiqi festivalı çərçivəsində üç gün ərzində muğama həsr olunmuş beynəlxalq elmi simpozium keçirilmişdir. Simpoziumun nəticələrinə dair xüsusi kitab nəşr olunmuşdur. Simpoziumun işində ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, İtaliya, Almaniya, Türkiyə, Niderland, Macarıstan, Çin, Tunis, Özbəkistan, İran, Mərakeş, Hindistan, və Tacikistandan olan 30 yaxın elm adamı və musiqiçi iştrak etmişdir.Simpoziumda Nyu-York Universitetinin professoru etnik musiqi üzrə mütəxəssiz YUNESKO-nun eksperti Stiven Blam, Nyu-Yorkdakı Kolumbiya Universitetinin professoru Diter Kristensen, YUNESKO nəznində "Ənənəvi musiqi üzrə beynəlxalq şura"nın vitse prezidenti Umm van Zaten, Fransadan olan professor Jan Durinq, Berlindəki Humbold Universitetinin professoru Yurgen Elsner, Kaliforniya Universitetinin professoru Xiromi Lorreyn Sakata, BBC radiosunda "World Routes" verlişinin aparıcıları Lusi Duran və Ceyms Parkin, Pan Rekords şirkətinin sahibi Bernard Kleykamp, professor Rövşən Yonosov (Özbəkistan), Moskva konservatoriyasının professori Violetta Yunusova, Düşənbədəki "Makoma" akademiyasının direktoru Abduvali Abduraşidov kimi elm adamları və musiqi mütəxəssisləri simpoziumq qatılaraq çıxışlar etmişlər. Simpoziumda Azərbaycan, Türkiyə, İran, Pakistan, Hindistan, Tunis, Özbəkistan, və Tacikistanın musiqi mədəniyyətləri barədə məruzələr dinlənilmişdir.
Böyük və Kiçik Qafqaz dağlarının heyvanat aləmi
-овщик- дона́шивание дота́пливание зазу́бренный копт вы́рост высчи́тываться закривля́ть магара́джа опу́тываться поника́ть ра́менье спо́дличать шеромыга dozy lens cap meekness motorcyclist muss opprobriousness telega вкорениться гуашь улитка фабричный